Meral Akşener müxalifətin prezidentliyə namizədini dəstəkləmədi
Türkiyənin İyi Partiyası müxalifət koalisiyasının digər üzvləri tərəfindən irəli sürülmüş prezidentliyə namizədi dəstəkləmir.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu sözügedən partiyanın başqanı Meral Akşener koalisiyaya daxil olan altı tərəfin sədrləri ilə aparılan danışıqları şərh edərkən bildirib.
"Beş partiya Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun namizədliyinə razıdır. Biz razılaşmırıq və təkliflərimizi irəli sürmüşük. Bütün sorğular Ankara Bələdiyyə başçısı Mənsur Yavaş və İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlunun əsl rəqabət yaradacağını təsdiqləyir" -o deib.
Akşener açıq şəkildə bildirib ki, “İyi Partiyanın müxalifətdəki Milli Alyansdan çıxması istisna edilmir, çünki o, xalqın iradəsini əks etdirməyi dayandırdı".
Turan İSMAYIL