Paşinyan Almaniya prezidenti ilə Qarabağı müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan və arvadı Anna Akopyan Almaniya prezidentinin iqamətgahında olub, burada Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderlə görüşüblər.
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Paşinyan və Akopyan daha əvvəl fəxri qonaqlar kitabına qeydlər ediblər.
Paşinyanla Ştaynmayerin görüşü geniş tərkibdə davam edib.
Tərəflər Ermənistan-Almaniya əməkdaşlığı, o cümlədən siyasi və iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Almaniya prezidenti ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib və Ermənistanda demokratiyanın inkişafına yönəlmiş islahatların vacibliyini vurğulayıb.
Paşinyan institusional islahatlar prosesi barədə ətraflı danışıb və əmin edib ki, demokratiya Ermənistan hakimiyyəti üçün strateji əhəmiyyət kəsb edir.
Bildirilib ki, Paşinyan Ştaynmayerlə Cənubi Qafqaz regionunda gedən proseslər, Azərbaycanın Laçın dəhlizi ilə bağlı vəziyyəti və Qarabağı müzakirə ediblər.
Turan İSMAYIL