Akşener Əkrəm İmamoğlu və Mənsur Yavaşı prezidentliyə namizədliyə ÇAĞIRDI

 18:05 03.03.2023     336

Türkiyənin müxalif İyi Partiyasının lideri Meral Akşener Ankara və İstanbul bələdiyyə sədrləri Mənsur Yavaş və Əkrəm İmamoğlunu ölkədə keçiriləcək ümumi seçkilərdə namizədliklərini irəli sürməyə çağırıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyənin altı müxalifət partiyası cümə axşamı günü keçirilən görüşdən sonra yaydıqları birgə bəyanatda yol xəritəsi və seçki üçün vahid namizədlə bağlı ortaq anlaşmaya gəldiklərini bildirsələr də, onun adını açıqlamayıblar.

"Mən Mənsur Yavaşa, Əkrəm İmamoğluna müraciət edirəm. 100 il əvvəl olduğu kimi bu gün də saray milləti yoxsulluğa məhkum edir. Bu gün millətimiz sizi öz borcunuzu yerinə yetirməyə çağırır. Ya tarixə gedəcəyik, ya da tarix olacağıq" - Akşener müraciətində bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də ölkədə ümumi seçkilərin mayın 14-də keçiriləcəyini təsdiqləyib. Ərdoğan özü də ikinci müddətə namizəd olacaq. Hələlik müxalifətin vahid namizədi açıqlanmayıb.

Turan İSMAYIL