İyi Partiyası Müxalifət Alyansından hələ çıxmayıb

 18:47 03.03.2023     326

Türkiyənin ən böyük müxalifət partiyalarından biri olan İyi Partiya, cümə günü koalisiya müttəfiqlərini kəskin tənqid edən lideri Meral Akşenerin demarşına baxmayaraq, hələ də altı müxalif qüvvələrin ittifaqından çıxmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İyi Partiyanın mətbuat xidməti məlumat yayıb.

"Partiyamızın rəhbərinin açıqlamalarına baxmayaraq, hazırda alyansdan çıxmamışıq və fəaliyyətimiz orda davam etdiririk. Bazar ertəsi alyansın yeni toplantısı planlaşdırılır. Orada İyi partiya iştirak edəcək", - mənbə bildirib.

Tunar Altunbay