İngiltərə kralı ilk səfərini bu ölkələrə edəcək

 19:21 03.03.2023     336

Britaniya kralı III Çarlz monarx kimi ilk səfərini Fransa və Almaniyaya edəcək.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu haqda Bukinqem sarayı məlumat yayıb.

Bildirilib ki, kral III Çarlz və kraliça Kamilla 26-31 mart tarixlərində səfərə çıxacaqlar.

Qeyd edək ki, bu, Britaniya monarxının 2015-ci ildən bəri ilk xarici səfəri olacaq. Ondan sonra mərhum kraliça II Yelizaveta yaşına görə ölkə xaricinə səyahətini dayandırıb.

Tunar Altunbay