Sanksiyalardan yayınmaq üçün Rusiya və Belarus Ermənistandan istifadə edib
ABŞ-ın üç departamenti - Ticarət, Xəzinədarlıq və Ədliyyə - Rusiyaya qarşı sanksiyalardan yayınma cəhdlərinin əlamətlərinin xarakteri ilə bağlı üçtərəfli bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, sənədə əsasən, ən çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçmaq üçün üçüncü tərəf vasitəçilərindən və ya daşınma məntəqələrindən istifadə etməkdir.
Belə ki, Ermənistandan Qərbin sanksiyalarından yan keçərək qanunsuz olaraq Rusiya və ya Belarusa malların yönləndirilməsi üçün istifadə olunduğu üzə çıxıb.
Qeyd edək ki, martın 1-dən ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizlik və ABŞ-ın xarici siyasətinin maraqlarına zidd hərəkətlərdə" iştirak edə biləcək 37 şirkətə ixrac məhdudiyyəti qoyub (trend).