Serbiya şirkəti Ukraynaya sursat tədarükünü inkar edir

 20:10 03.03.2023     286

Serbiyanın “Kruşik” müdafiə və mülki texnika istehsalı üzrə dövlət müəssisəsi Ukraynaya “Qrad” sistemi üçün 122 mm-lik raketlərin satışını inkar edir.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin paylaşdığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, müəssisə Ukraynaya ixracatçı kimi silah daşıyan Türkiyənin “Arca Savunma Sanayi Ticaret Limited” şirkəti ilə müqavilə bağlamaqdan imtina edib.

Tunar Altunbay