Yaponiya varlığını bilmədiyi minlərlə ada tapdı - FOTO
Yaponiya özünə məxsus olan adalarla bağlı yenidən hesablama aparıb və onların əvvəl düşünüldüyündən 7000 ada çox olduğu məlum olub.
Redaktor.az "mk.ru"ya istinadla bildirir ki, bu, Yaponiya Geoməkan İnformasiya Təşkilatı (GSI) tərəfindən həyata keçirilən rəqəmsal xəritəçəkmə zamanı aşkarlanıb.
Müəyyən olunub ki, Yaponiya ərazisində 14 min 125 ada var və bu da 1987-ci ildən adaların sayı ilə bağlı rəsmi olaraq bilinən 6 852 sayından iki dəfə çoxdur.
Vurğulanır ki, yeni say geodeziya texnologiyasındakı irəliləyişləri və hesablama üçün istifadə olunan xəritələrin təfərrüatını əks etdirir. Lakin bu fakt Yaponiyaya məxsus torpaqların ümumi sahəsini dəyişmir.