AKP-dən Akşenerin “Altılı masa”dan çıxmasına REAKSİYA
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İYİ Partiyanın sədri Meral Akşenerin müxalifət koalisiyasından çıxmasına münasibət bildirib.
Redaktor.az DHA-ya istinadən xəbər verir ki, bu barədə partiyanın parlamentdəki qrup rəhbərinin müavini Bülent Turan danışıb.
O diqqətə çatdırıb ki, Türkiyə önəmli seçkiyə hazırlaşır: "Altılı masa adlanan quruluşun son siyasi davası nümunəvi bir tablodur. Biri 10 dəqiqədən sonra tvit atıb silir. Bu, tam siyasi rəqqaslıqdır. Son bir neçə gündə gördük ki, bu münasibətin və komandanın Türkiyəyə heç bir faydası olmayacaq".
Bülent Turan müxalif düşərgənin namizədinin formal olacağını söyləyib.
Qeyd edək ki, Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və bu gün millətçi İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb.