Almaniya Ukraynada tank zavodu tikmək istəyir

 16:57 04.03.2023     373

Almaniyanın "Rheinmetall" hərbi şirkəti Ukraynada tank zavodu tikmək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Rheinische Post" nəşri məlumat yayıb.

Bildirilir ki, zavodun tikintisinə dair Ukrayna hakimiyyəti ilə danışıqlar aparılır. Zavod ildə 400-ə qədər "Pantera" döyüş tankı istehsal edə bilər .

Konsernin rəhbəri Armin Papperger qəzetə müsahibəsində bildirib ki, zavodun tikintisi təxminən 200 milyon avroya başa gələcək və onun təhlükəsizliyini hava hücumundan müdafiə sistemləri təmin edə bilər.