"Ordunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmır" - Çin parlamentinin rəsmisi

 17:33 04.03.2023     313

"Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmır".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) 14-cü çağırış 1-ci sessiyasının rəsmi nümayəndəsi Van Çao martın 3-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Çinin gələcəyi bütün dünyanın gələcəyi ilə sıx bağlıdır: “Çinin ordusunun modernləşdirilməsi heç bir ölkə üçün təhlükə yaratmayacaq. Əksinə, o, regional sabitliyi və dünya sülhünü qorumaq üçün səmərəli qüvvədir”.

V.Çao vurğulayıb ki, təhlükəsizlik çağırışları Çinin müdafiə büdcəsinin artımını diktə edir.