Ukraynada rusların öldürdüyü uşaqların sayı AÇIQLANDI

 19:49 04.03.2023     294

Rusiyanın hücumundan sonra Ukraynada ən azı 462 uşaq həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Rusiyanın hücumu nəticəsində 930 uşaq yaralanıb və şikəst olub.

Qeyd olunur ki, prokurorluqda hazırda 72 620 hərbi cinayət, o cümlədən milli təhlükəsizlik əleyhinə 17 000-ə yaxın cinayət haqqında məlumat var.

Müstəntiqlər bu cinayətlərdə şübhəli bilinən 639 nəfərin adını müəyyən edə biliblər. Onların arasında Rusiya nazirləri, deputatlar, hərbi rəhbərlər, hüquq-mühafizə orqanlarının rəhbərləri və Kreml mediasının təbliğatçıları var.