ABŞ Ukraynaya zirehli maşınlar göndərdi 

 20:15 04.03.2023     285

ABŞ Ukraynaya vəd etdiyi "Stryker" zirehli döyüş maşınlarını göndərməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Military Agenda” nəşri məlumat yayıb.

Zirehli maşınlar Almaniyaya göndərilib, oradan Ukraynaya yola düşəcəklər.

“ABŞ 90 “Stryker” döyüş maşını göndərib, onlar artıq Almaniyaya çatıblar, oradan da Ukraynaya gedəcəklər”, - məlumatda deyilir.