Zelenski Avropa Parlamentinin sədri ilə görüşdü 

 20:45 04.03.2023     294

Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

Zelenski görüş zamanı Ukraynanın bu il Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa çağırıb. 

 “Ümid edirəm ki, üzvlüklə bağlı danışıqlar bu il başlaya bilər. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - Roberta Metsola bildirib.

Xanım Metsola Ali Radanın sədri Ruslan Stefançuklə də görüş keçirib.