Çavuşoğlu Quterreşlə taxıl sazişini müzakirə etdi 

 22:45 04.03.2023     286

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibi Antonio Quttereşlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat yayıb.

Görüş Qətərin paytaxtı Dohada baş tutub. Tərəflər BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak edir.

Görüş zamanı Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsi müzakirə olunub.