Bayden bir suala cavab verməkdən yayındı

 08:57 05.03.2023     431

ABŞ Prezidenti Co Bayden jurnalistlərə yaxınlaşıb və heç bir suala cavab vermədən tələsik çıxıb gedib.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Müxbir koronavirusun mənşəyi və onun yaranmasına görə Çinin məsuliyyəti ilə bağlı sual verib.

“Bayden əllərini havaya qaldıraraq jurnalistləri çaşdırdı və onu gözləyən “Marine One” helikopterinə minərəkən oradan uzaqlaşır”, - deyə məqalədə qeyd olunub.

Daha əvvəl “Fox News”un aparıcısı Taker Karlson Baydenin nitq qabiliyyətini itirdiyini söyləyib.