Saakaşvili zəhərlənməsindən DANIŞDI

 12:12 05.03.2023     485

Gürcüstanın keçmi. prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.

Redaktor.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.

Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib.

"İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib.