Britaniyadan Avropa İttifaqına qaz nəqli dayandırıldı
Böyük Britaniya və Belçika arasında qaz təchizatının həyata keçirildiyi interkonnektorun işi 2023-cü il martın 8-dək müvəqqəti olaraq dayandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" Interconnector Ltd-nin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb regionda soyuq hava səbəbindən avadanlıqların sıradan çıxması olub.
Bu interkonnektor beynəlxalq sanksiyalara görə Rusiyadan xammalın tədarükü azaldıqdan sonra Avropa İttifaqına təbii yanacağın çatdırılması üçün mühüm kanal olub.