Yunanıstanda etirazlar baş qaldırdı - SƏBƏB
Yunanıstanda kütləvi etiraz aksiyalarına start verilib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, qatar qəzasına görə mitinqin keçirildiyi paytaxt Afinada iğtişaşlar başlayıb.
Bildirilib ki, polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Qeyd edək ki, ötən həftə Yunanıstanda baş vermiş qatar qəzasında 50-yə yaxın sərnişin həlak olmuş, nazir istefa vermişdi.