"Xahiş edirəm ki, bunu unutmayın!" - Zelenski
"Xahiş edirəm ki, unutmayın! İindi bizə birləşməyə, ədalət üçün birləşməyə nəyin imkan verdiyini unutmayın".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" səhifəsində yazıb.
"Hər bir insan önəmlidir. Yəni hər bir həyat önəmlidir. Ukraynanı və beynəlxalq asayişi hüquq cəbhəsində qoruyanların hamısına eşq olsun! İndi Ukrayna uğrunda döyüşənlərin hamısına eşq olsun!". - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.