Nazir zəlzələ ilə bağlı yeni rəqəmlər AÇIQLADI

 16:46 05.03.2023     337

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələnin fəsadlarının aradan qaldırılması barədə danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"227 027 ağır zədələnmiş binanın təcili sökülməli olduğunu müəyyən etdik. 13 866 evin tikintisinə artıq başlamışıq. Sabah 2 130 ev sahibi üçün də müqavilə bağlayacağıq", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib. Daha sonra Kahramanmaraşda 5 ballıq yeni yeraltı təkan olub.