Bu ölkədə elektron siqaretlə bağlı QADAĞA
İtaliyada ictimai yerlərdə elektron siqaretdən istifadə qadağan edilir.
Redaktor.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Səhiyyə Nazirliyi bar və restoranlarda, parklarda və avtobus dayanacaqlarında açıq havada elektron siqaret çəkilməsini qadağan edən qayda hazırlayır.
Sərəncam ilin sonuna qədər qəbul edilməlidir. Qanun pozuntularına görə cərimələrin tətbiqi planlaşdırılır.
Hava limanlarında siqaret çəkmək üçün yerlərin yığışdırılması, həmçinin uşaqların və hamilə qadınların yanında açıq havada siqaret çəkməyə görə sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.