Mahir Emreli yeni klubunda debüt etdi

 17:59 05.03.2023     316

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyə "Konyaspor"unda rəsmi debüt edib.

Redaktor.az xəbər verir ki, 26 yaşlı hücumçu evdə "Giresunspor"a qarşı keçirdikləri Superliqanın XXIV tur oyununa start heyətində çıxıb.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib. Türkiyə təmsilçisi yayda təcrübəli forvardı birdəfəlik transfer etmək hüququna malikdir.