Bu ölkədə də "TikTok" QADAĞASI

 19:49 05.03.2023     348

Britaniya Xüsusi Təyinatlı Qüvvələrinin hərbçilərinə Çinin "TikTok" sosial şəbəkəsindən istifadə etmək qadağan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, xüsusi təyinatlı hərbçilərə şəxsi telefonlarında proqramlardan istifadə etməmək tövsiyə olunur. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir.

Qeyd olunur ki, sosial şəbəkə proqramının məxsus olduğu şirkət Xüsusi Təyinatlı Qüvvələrin üzvləri, Böyük Britaniyada və xaricdəki gizli yerləri barədə Çin və Rusiya kimi ölkələrə məlumat ötürə bilər.

Xatırladaq ki, Qərb ölkələri Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkə proqramında istifadəçilərin təhlükəsizliyinin təmin edilməməsi barədə narahatlıqlarını ifadə edib.