Daha bir ölkədə zəlzələ oldu

 09:13 06.03.2023     441

Martın 6-da Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə yerləşib, burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşayıb işlədiyi, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir. Mənbə 10 km dərinlikdə yerləşib.

Bildirilib ki, dağıntı və tələfat barədə məlumat yoxdur.

Turan İSMAYIL