İran “Əl-Qaidə şəbəkəsinin mərkəzidir

 09:58 06.03.2023     344

 ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad bazar ertəsi Əfqanıstanın "TOLOnews" telekanalına müsahibəsində İranı “Əl-Qaidə şəbəkəsinin mərkəzi” hesab edir.

Redaktor.az xəbər verir ki, o, ABŞ prezidenti Co Bayden administrasiyasını İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə və bu ölkəni beynəlxalq arenada təcrid etməyə çağırıb. 

"Əfqanıstan vaxtilə "Əl-Qaidə"nin fəaliyyətinin mərkəzi olub. İndi daha çox İrandır", - Xəlilzad deyib.

Xəlilzad əvvəllər Milli Təhlükəsizlik Şurası, ABŞ Dövlət Departamenti və Pentaqonun strukturlarında çalışıb, ABŞ-ın Kabil və Bağdaddakı səfiri, BMT-dəki daimi nümayəndəsi, Əfqanıstan üzrə xüsusi elçisi olub.

Dövlət qulluğundan ayrılan Xəlilzad Ağ Evin məsləhətçiləri arasındadır.

Tunar Altunbay