Rusiya 60 illik tankladan istifadə edir
"Rusiya ordusu 60 illik tanklardan istifadə etməyə məcbur olub".
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.
Bildirilib ki, Rusiya ordusu Ukraynada əhəmiyyətli miqdarda ağır zirehli texnikanı itirməsi səbəbindən 60 illik T-62 döyüş tanklarından istifadə etmək məcburiyyətində qalıb.
Kəşfiyyat məlumatlarına görə, ötən ilin yayından bəri təxminən 800 ədəd T-62 tankı anbardan çıxarılıb. Son günlərdə ilk dəfə 1954-cü ildə istifadəyə verilən Rusiya zirehli transportyorları BTR-50 də Ukraynada görünüb.