Bayden xərçəngdən əməliyyat olundu

 15:26 06.03.2023     393

ABŞ prezidenti Co Bayden bir neçə ildir ki, xərçəngə görə müalicə alırdı.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bədxassəli dəri şişinin çıxarılması üçün uğurlu əməliyyat keçirib.

Həkimin sözlərinə görə, Bayden fevral ayında aparılan biopsiyadan sonra karsinomadan xəbərdar olub.

Bundan sonra onun dermatoloji müalicəyə davam etməsi lazımdır.

Xatırladaq ki, 2022-ci ilin yayında Bayden ətraf mühitin çirklənməsinin təsiri nəticəsində xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı.