Türkiyə ABŞ-dan "F-16" almaqdan imtina edir

 17:59 06.03.2023     283

"Türkiyə ABŞ-dan "F-16" almaqdan imtina edə bilər. Bunun üçün onları digər əvəzedicilərlə, məsələn, Rusiya qırıcıları ilə əvəz etməyi düşünür".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan deyib.

"İnanıram ki, zəlzələlərdən sonra Türkiyə F-16 tələb etməkdən imtina edəcək, çünki onun dəyəri 20 milyard dollardır",- o deyib.

Onun sözlərinə görə, Türkiyə hökumətinin ABŞ-dan "F-16" almaq istəyi səhv addım idi, çünki Amerika Konqresi hələ də onları verməkdən imtina edir. 

Erhan onu da əlavə edib ki, artıq "F-16"lar köhnəlib, digə\r təyyarələrlə rəqabətdə uduzur. 

O bildirib ki, Türkiyə qərarını dəyişməli, Çin və ya Rusiya təyyarələrinə, eləcə də Avropa istehsalı olan "EuroFighter" qırıcıları ilə maraqlanmalıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Amerika istehsalı beşinci nəsil qırıcılar "F-35" üçün verdikləri 1,4 milyard dolların qaytarılması ilə başğlı danışıqların getdiyini bildirib.

Türkiyənin F-35 qırıcılarının tədarükü ilə bağlı mübahisələr Ankaranın Rusiyadan 2017-ci ildə "S-400" zenit raket sistemlərinin alması ilə başlayıb.

Tunar Altunbay