"TikTok" daha bir ölkədə qadağan edilir

 19:36 06.03.2023     574

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına "TikTok" proqramından rəsmi cihazlarda istifadə etməyi qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı xəbərdə deyilir.

"Müdafiə Nazirliyi əməkdaşların rəsmi cihazlarda TikTok tətbiqindən istifadəsinə qadağa qoyulması barədə qərar qəbul edib. Qərar Kibertəhlükəsizlik Mərkəzinin 24 fevral 2023-cü il tarixli tövsiyəsinin davamı olaraq qəbul edilib", - məlumatda bildirilir.

Mətndə deyilir ki, agentlik bu addımı bir sıra ciddi təhlükəsizlik ehtimallarına görə atır.

Qərarla bağlı Müdafiə Nazirliyinin bütün əməkdaşları məlumatlandırılıb.

Onlara TikTok proqramını iş telefonlarından və digər cihazlardan mümkün qədər tez silmək tapşırılıb.

Qeyd edək ki, fevralın sonunda Danimarka parlamenti qanunverici orqanın bütün üzvləri və işçiləri üçün TikTok-u mərhələli şəkildə ləğv etmək üçün "kibertəhlükəsizliklə bağlı" tövsiyə elan edib.

Tunar Altunbay