Məhkəmə İmran Xanın həbsinə orderin dayandırılması tələbini rədd etdi
İslamabad Bölgə Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının (JLM) lideri İmran Xanın həbs qərarının dayandırılması ilə bağlı vəkillərin tələbini rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi "Geo.tv" kanalı məlumat yayıb.
Məlumata görə, müdafiə tərəfi sabiq baş nazirin onun işi üzrə məhkəmə iclaslarında daim iştirak etməməsi səbəbindən 2023-cü il fevralın 28-də Xanın barəsində çıxarılan həbs qərarının dayandırılmasını istəyib, lakin məhkəmə vəsatəti rədd edib.
Bazar günü İslamabad hüquq-mühafizə orqanlarının əməkdaşları Pəncab əyalətindən olan həmkarları ilə birlikdə keçmiş baş nazirin Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahına "onu daim məhkəmə iclaslarında iştirak etmədiyinə görə nəzarətə götürmək” üçün gəliblər.
Lakin İmran xan binada olmayıb.
Həmin gün Xan şəxsən öz iqamətgahı qarşısında toplaşan partiya tərəfdarlarına müraciət edib və orada iqtisadiyyatdakı çoxsaylı problemlərlə bağlı mövcud hökumətin işini, həmçinin baş nazir Şahbaz Şərifi, daxili işlər naziri Rana Sanaullahı və 2022-ci ilin noyabrında Vəzirabadda sui-qəsd cəhdində iştirak edən milli kəşfiyyat cəmiyyətini də tənqid edib.
Sabiq baş nazirin işi üzrə yeni məhkəmə iclası martın 7-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Pakistanın Seçki Komissiyası İmran Xanı seçkilərdən kənarlaşdırıb və baş nazir kimi gəlirləri haqqında "səhv" maliyyə hesabatı verdiyinə görə onu beş il müddətinə dövlət vəzifələrində işləmək hüququndan məhrum edib.
Qərar Xanın xarici hədiyyələrin satışından ən azı 36 milyon Pakistan rupisini (137,7 min dollar) mənimsəməsi və ona qarşı aparılan istintaqla bağlı şübhələr fonunda qəbul edilib.
Pakistanın eks-prezidenti 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
Bundan bir qədər əvvəl Xan hökumətinin ABŞ və yerli müxalifət tərəfindən təhdid edildiyini bildirib.
Sabiq baş nazir də dəfələrlə ona qarşı aparılan siyasi proseslərin xaricdən ilhamlandığını və maliyyələşdirildiyini iddia edib.
Tunar Altunbay