Rusiyada benzin BAHALAŞDI

 20:05 06.03.2023     334

Rusiyanın Avropa hissəsində "Premium-95" markalı benzinin birja qiyməti ticarətin nəticələrinə görə artaraq 2022-ci ilin sentyabrından bəri ilk dəfə bir ton üçün 50 min rublu ötüb.

Redaktor.az xəbər vrir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının (SPIMEX) məlumatında deyilir.

Aİ-95 markalı benzinin qiyməti sutkada 2,55% artaraq bir ton üçün 50859 min rubla (1150 manat-T.A) çatıb, onun dəyəri sonuncu dəfə 2022-ci ilin sentyabrında bir ton üçün 50 min rubldan yuxarı olub. Aİ-92 markalı benzin 2,4% bahalaşaraq bir ton üçün 47,7 min rubl təşkil edib və ötən ilin avqust ayı qiymət səviyyəsinə qayıdıb.

Yay dizel yanacağı 2,3% bahalaşaraq bir ton üçün 51,308 min rubl təşkil edib. Mövsümdənkənar dizelin qiyməti 1,5% artaraq bir ton üçün 51873 min rubl, qış dizelinin qiyməti 1,4% artaraq ton üçün 51,348 min rubl təşkil edib.

Mayeləşdirilmiş karbohidrogen qazlarının (LHG) dəyəri 12,9% artaraq bir ton üçün 9879 min rubla çadıb, lakin eyni zamanda digər maye qazın (LPG) qiyməti 2022-ci ilin dekabrından bəri bir ton üçün 10 min rubldan yuxarı qalxmayıb. . LPG-nin əsas istehsalçılarının yerləşdiyi Ural və Sibirdə bu növ yanacağın qiyməti 6,3% azalaraq bir ton üçün 4166 min rubl təşkil edib.

Mazutun qiyməti 1,8% artaraq ton üçün 8362 min rubl olub.

Tunar Altunbay