Ərdoğan zəlzələdə ölənlərin son sayını AÇIQLADI

 21:17 06.03.2023     587

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfəri keçib.

Redaktor.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 46 min 104-dür”, - dövlət başçısı deyib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

Turan İSMAYIL