"Martın 10-da imzalayacağam" - Ərdoğandan kritik AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi prezidentliyə namizədlər və parlamentin tərkibi ilə bağlı ümumi səsvermənin mayın 14-də keçiriləcəyini təsdiqləyib.
Redaktor.az TRT-yə istinadla xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verib.
“Biz bu seçkiqabağı mərhələni keçməliyik və diqqətimizi zəlzələnin aradan qaldırılmasına yönəltməliyik, dediyimiz kimi, mayın 14-də seçkilərin keçirilməsi bizə belə bir fürsət verəcək. Gözləyirəm ki, cümə günü, martın 10-da müvafiq qərarı imzalayacağam - belə səlahiyyətlər konstitusiya ilə verilir - və növbəti gün rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək”, - deyə o bildirib.
Turan İSMAYIL