"Kiyevə "F-16" tədarükü nəzərdə tutulmur" - Ağ Ev

 23:22 06.03.2023     459

"ABŞ indiki mərhələdə "F-16" qırıcı-bombardmançılarını Ukraynaya təhvil verməyi düşünmür".

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Amerika mətbuatının ukraynalı hərbi pilotların ABŞ-a gəlməsi ilə bağlı xəbərlərini şərh edərkən bildirib.

"Prezident Bayden "F-16"lar haqqında danışdı. Və heç nə dəyişmədi. Prezident dedi ki, indi buna baxılmır",- o deyib.

Tunar Altunbay