ABŞ-ın dünyaya satdığı tualet kağızları xərçəng YAYIR

 23:31 06.03.2023     507

ABŞ ekoloqları müəyyən ediblər ki, bu ölkədən Şimali Amerika, Qərbi Avropa və Afrikaya satılan demək olar ki, bütün marka tualet kağızlarında çoxlu miqdarda perftorlu üzvi birləşmələr, molekulları təbiətdə demək olar ki, məhv olmayan təhlükəli sənaye toksinləri var.

Redaktor.az-ın xəbərinə görə, Amerika Kimya Cəmiyyətinin (ACS) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,  onlar kanalizasiya ilə birlikdə ekosistemlərə daxil olurlar.

"Alimlər Şimali, Cənubi və Mərkəzi Amerikanın müxtəlif regionlarından, eləcə də Şərqi Avropa və Afrikadan kağız nümunələri alıblar və əlavə olaraq bir neçə sutəmizləyici qurğudan su nümunələri toplayıblar. Onların ölçmələri kağız və su nümunələrində üzvi flüor birləşmələrinin olduğunu göstərib, hansı ki, potensial olaraq daha təhlükəli kanserogenlərə çevrilə bilər.

Son tədqiqatlar göstərir ki, perftorlu üzvi molekullar qalxanabənzər vəzinin, immun sisteminin və orqanizmin bir çox orqanlarının fəaliyyətini pozur.

Tunar Altunbay