Türkiyə müxalifəti seçkilərdə qalib gəlsə bunu ləğv edəcək

 23:48 06.03.2023     459

Altı partiyadan ibarət Türkiyə müxalifəti “Millət İttifaqı” seçkilərdə qələbə qazanacağı təqdirdə prezident yanında bütün siyasi şuraları ləğv edərək ölkədə parlamentarizmi xeyli gücləndirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə müxalifət alyansının bazar ertəsi dərc etdiyi “Gücləndirilmiş parlament sisteminə keçid üzrə yol xəritəsi”ndə deyilir.

Sənəddə deyilir ki, nazirliklərlə paralel yaradılan prezident yanında siyasi idarələr ləğv ediləcək.

Bu strukturlar Türkiyənin hazırkı hakimiyyətinin əleyhdarları tərəfindən tənqid edilir, xüsusən də prezidentin hakimiyyətinin əsassız şəkildə gücləndirilməsinin elementi hesab olunur.

"Nazir postlarının bölgüsü ümumi parlament seçkilərində "Millət İttifaqı"na üzv olan siyasi partiyalardan seçiləcək deputatların sayına görə müəyyən ediləcək. İttifaqın hər bir partiyası kabinetdə ən azı bir nazirlə təmsil olunacaq",- sənəddə deyilir.

Müxalifət ölkədə parlament sistemini gücləndirmək planı olaraq prezidentin bəzi səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif edir.

Bununla yanaşı, nazirlərin təyinat və vəzifədən azad edilməsini mənsub olduqları siyasi partiyanın sədri ilə razılaşdırılaraq prezident həyata keçirəcək.

“Gücləndirilmiş parlament sisteminə keçidin sonunda hazırkı prezidentin siyasi partiya üzvlüyünə, xitam veriləcək”, - yol xəritəsində deyilir.

Eyni zamanda, vitse-prezidentlərin və nazirlərin səlahiyyət və vəzifələrinin bölüşdürülməsi müxalifətin qeyd etdiyi kimi, “Millət İttifaqı”nı təşkil edən partiyaların liderləri ilə razılaşdırılaraq həyata keçirilməlidir.

Tunar Altunbay