Ukraynanın hər yerində hava xəbərdarlığı ELAN OLUNDU

 12:57 07.03.2023     484

Bu gün Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hava hücumu sirenləri saat 09:45-də Poltava vilayətində, bir dəqiqə sonra isə Sumı və Çerniqovda işə başlayıb. Saat 11:31-də Vinnitsa bölgəsində xəbərdarlıq elan edilib və daha sonra saat 11:35-də hava hücumu ölkənin bütün ərazisini əhatə edib.

Gecə saatlarında Dnepropetrovsk və Xarkov vilayətlərində, həmçinin Zaporojye vilayətində həyəcan təbili çalınıb.

Turan İSMAYIL