Qətər əmiri baş naziri istefaya göndərdi

 13:06 07.03.2023     785

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani bu gün Baş nazir Xalid bin Xəlifə Al Taninin istefasını qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətər xəbər agentliyi sərəncama istinadən məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani hökumətin yeni başçısı təyin edilib.

Turan İSMAYIL