Ukraynada gün ərzində ikinci dəfə hava xəbərdarlığı elan edildi

 14:44 07.03.2023     378

Ukraynanın bütün ərazisində sutka ərzində ikinci dəfə hava xəbərdarlığı elan edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, xüsusilə Kiyev şəhəri və Kiyev vilayətində, Nikolayev və Odessa vilayətlərində, eləcə də ölkənin qərb və şərq rayonlarında həyəcan təbili çalınıb.

Bundan əvvəl hava hücumu xəbərdarlığı ölkənin bütün bölgələrində elan edilmişdi və günorta saatlarına qədər ləğv edilmişdi.

Turan İSMAYIL