BMT Baş katibi Ukraynada səfərdədir

 18:16 07.03.2023     343

BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.

Redaktor.az ABŞ bürosu xəbər verir ki, Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.

Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.

Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.