BMT və Rusiya rəsmiləri bir araya gəlir
İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Rusiya rəsmiləri arasında görüş keçiriləcək.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşün tezliklə baş tutacağı gözlənilir.
Əsas müzakirə mövzusunun taxıl və gübrə daşınması ilə bağlı sazişin yenilənməsi məsələsi olacağı bildirilir.
Görüşdə Rusiya tərəfini kimlərin təmsil edəcəyi hələlik açıqlanmayıb.