Daha 130 ukraynalı əsirlikdən azad edildi 

 20:36 07.03.2023     357

Ukrayna ordusunun daha 130 hərbi qulluqçusu Rusiyanın əsirliyindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Qaytarılan hərbçilər arasında Mariupol şəhərinin, “Azovstal”ın müdafiəsi zamanı əsir düşənlərin də olduğu bildirilir.

Ukrayna hərbçilərinin qarşılığında neçə rus hərbçinin təhvil verildiyi açıqlanmayıb.