Məşhur erməni media maqnat Ermənistana buraxılmadı

 21:02 07.03.2023     437

Məşhur erməni mənşəli rusiyalı politoloq, media maqnatı Aram Qabrielyanov Ermənistana buraxılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

O bildirib ki, İrəvan aeroportuna çatdıqdan sonra pasportunda problem olduğu deyilib. Daha sonra isə Ermənistan XİN-in "arzuolunmaz şəxs"lər siyahısında olduğu açıqlanıb.