Ukrayna Lukaşenkonun iddialarını rədd etdi

 22:02 07.03.2023     488

"Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus A-50 erkən xəbərdarlıq təyyarəsinə qarşı təxribat təşkil etməkdə ittihamını rədd edib".

Redaktor.az xəbər verir ki, bu barədə o, "Facebook"da yazıb.

"Biz Aleksandr Lukaşenkonun Maçulişçi aerodromunda baş verən hadisələrdə guya Ukrayna tərəfinin iştirakı ilə bağlı eyhamlarını qəti şəkildə rədd edirik", - yazan Nikolenko Belarus tərəfinin bəyanatlarını “Ukraynadan süni təhlükə yaratmaq cəhdi” adlandırıb.

Nikolenko Lukaşenkonun Volodimir Zelenski haqqında dediyi sərt ifadələrə də diqqət çəkərək bu sözləri “kobud şəxsi hücum” kimi qiymətləndirib və əlavə edib ki, Ukrayna tərəfi onu cavabsız qoyacaq.

Tunar Altunbay