Bu ölkələrdə havanın çirklənməsi təhlükəsiz səviyyədədir

 21:35 07.03.2023     293

Çin və Avstraliyadan olan bir qrup tədqiqatçı dünyanın müxtəlif yerlərində havanın çirklənmə səviyyəsini öyrənib və belə qənaətə gəliblər ki, bu baxımdan Yer kürəsinin yalnız 1%-dən az ərazisini təhlükəsiz hesab etmək olar.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Lancet Planetary Health" jurnalında dərc olunub.

Müəlliflər böyük dozada ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək "PM2.5" hissəcikləri ilə planetdə havanın çirklənməsinin səviyyəsinin ölçülməsini təhlil ediblər. Tədqiqat 65 ölkədəki monitorinq stansiyalarının məlumatları və 2000-2020-ci illər üçün meteoroloji məlumatlar əsasında aparılıb.

Məqalədə deyilir: “2019-cu ildə quru ərazisinin yalnız 0,18%-i və dünya əhalisinin 0,001%-i ÜST-ünn tövsiyə etdiyi hədddən aşağı konsentrasiyalarda "PM2.5"-ə məruz qalıb”.

Müəlliflər qeyd ediblər ki, ən yüksək zərərli hissəciklər Şərqi Asiya, Cənubi Asiya və Şimali Afrikada aşkar edilib. Avstraliya, Yeni Zelandiya, Okeaniya və Cənubi Amerikanın digər bölgələri havada ən aşağı orta illik "PM2.5" olan regionlar sırasında olsa da, bu rəqəmin normadan artıq olduğu günlərin sayı artır.

Tunar Altunbay