Tbilisidə polislə aksiyaçılar toqquşdu

 22:28 07.03.2023     600

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

Redaktor.az xəbər verir ki, polislə etirazçılar arasında toqquşma yaşanır.

Xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edir. Hadisə yerinə təcili yardım cəlb edilib. 

Aksiya iştirakçıları qalmaqallı "xarici agentlər" haqqında qanuna etiraz edir.