Bu ölkədə ağır qatar qəzası - Ölənlər var

 09:38 08.03.2023     282

Misirdə Qaliub yaşayış məntəqəsinin yaxınlığında qatar qəzası baş verib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Qahirəyə gedən qatar qəfil relsdən çıxıb.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 16 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.