Rusiyada güclü zəlzələ baş verdi

 11:59 08.03.2023     464

Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 128 km aralıda yerləşir. Zəlzələ barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ Severo-Kurilsk şəhərindən 100 km aralıda, 60 km dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.