Ermənistanda qızılcaya yoluxanların sayı kəskin ARTDI

 13:36 08.03.2023     341

Ermənistanda qızılcaya yoluxanların sayı 39-a çatıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 18 nəfər xəstəxanaya yerləşdirilib,7 nəfər artıq evə buraxılıb.

Qızılcaya yoluxan 39 nəfərdən 36-nın peyvənd vurdurmadığı üzə çıxıb.